Kevin Durant

Kevin Durant
ing. Kevin Durant
Mövqeyi qısa hücumçu[d], Uzun hücumçu
Boyu 208 sm
Çəkisi 109 kq[3]
Vətəndaşlığı
Doğum tarixi 29 sentyabr 1988(1988-09-29)[1] (35 yaş)
Təhsili
Oyunçu seçimi Sietl Supersoniks
Komandalar
Foniks Sans
Şəxsi mükafatlar və nailiyyətlər
  • NBA Çempionu (2017)
  • NBA Finalları MVP (2017)
  • NBA Ən Dəyərli Oyunçu (2014)
  • NBA All-Star Heyəti (2010–2017)
  • NBA All-Star Oyunu Ən Dəyərli Oyunçu Mükafatı (2012)
  • 7× All-NBA Əsas heyət (2009–2013)
  • 2x All-NBA İkinci heyət (2016,2017)
  • NBA İlin Gənc oyunçusu mükafatı (2007)
  • 4× NBA Basket sayı Lideri (2009–2011, 2013)
  • 50–40–90 klub[2] (2012)
  • Amerika Basketbolunda İlin idmançısı (2010)
  • FIBA Dünya Kuboku Ən Dəyərli Oyunçusu (2010)
  • Oğlanlar üzrə kollec basketbol komandasında ilin milli oyunçusu mükafatı (2007)
  • İlin 12-lik heyəti (2007)
  • Nö. 35
  • McDonald's All-American Oyunu Ən Dəyərli Oyunçusu (2007)
Medalları
Kişilər Basketbol
 ABŞ üçün
Olimpiya Oyunları
Qızıl 2012 London Komanda
Qızıl 2016 Rio-de-Janeyro Komanda
FİBA Basketbol üzrə Dünya Kuboku
Qızıl 2010 Türkiyə Komanda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988[1]) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib.

Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular. 2016-cı ildə sərbəst qalan Durant, Tanderdən ayrıldı və iki illiyinə Qolden Steyt Uorriorz ilə müqavilə imzaladı.

Basketbol karyerası xaricində, Durant Oklahoma şəhərində etdiyi müxtəlif ianə və yardımları ilə tanınan və sevilən bir oyunçudur. 2012-ci ildə "Thunderstruck" adlı filmdə baş rolda oynayaraq ilk dəfə kamera qarşısına keçdi.

  1. 1 2 http://espn.go.com/nba/player/splits/_/id/3202/kevin-durant.
  2. en:50–40–90 club 50-40-90=50% 2sayılıq atış, 40% 3 sayılıq atış, 90% sərbəst atış dəqiqliyi.
  3. https://www.nba.com/players/kevin/durant/201142.
  4. College Basketball at Sports-Reference.com.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search